Siyasət 18:45 11.07.2013

Eldar Namazov ABŞ-a dəvət olunmasından danışdı - AÇIQLAMA

Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov ABŞ-a dəvət olunması ilə bağlı yayılan məlumatları təsdiq edib.

O, Qaynar.info-ya açıqlamasında deyib ki, səfərlə bağlı Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla danışıqlar aparıb: "Bəli, belə bir dəvət olub. Milli Şuranın sədri Rüstəm müəllimlə də məsləhətləşmişəm və  bundan sonra bu dəvəti qəbul etmişəm. Gələn həftənin əvvəli ABŞ-a səfərim planlaşdırılır. Mən Amerikada görüşlər keçirdiyim vaxtda Rüstəm İbrahimbəyov da Avropada görüşlər keçirəcək. Gələn həftənin sonu isə Bakıya dönəcəm. Təşkilati işlər çox olduğundan uzun müddətli səfərləri həyata keçirmək mümkün olmur".

Xatırladaq ki, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun iyulun 11-də ABŞ-ın Azərbaycandakı səfirliyində  görüşdə olması və ABŞ-a dəvət olunması ilə bağlı musavat.com saytında məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, Eldar Namazov ABŞ Dövlət Departamentinin dəvəti əsasında bu ölkəyə səfər edəcək. 

Qaynar.info

İlkin