Siyasət 14:42 22.07.2013

Eldar Namazov brifinq keçirdi

"Biz doğru yoldayıq"

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov Vaşinqtona və Moskvaya səfərinin yekunlarına həsr olunan brifinq keçirib. Qaynar.info-nun məlumatına görə, o brifinq zamanı deyib ki, Vaşinqtonda çox maraqlı görüşlər keçirib: "Azərbaycana qayıtmadan öncə Rüstəm Bəylə telefon danışığımız oldu. Sonra düşündüm ki üz-üzə görüşsək daha yaxşı olar. Və mən Moskvaya da getdim. Onlar istəyirdilər ki, Milli Şuranı təmsil edən şəxslərdən kiminsə görüşməyinin vacib olduğunu bildirdilər. Açığı mən həmin tədbirə Milli Şurada təmsil olunan başqa birini uyğun bilmişdim. Amma Vaşınqtondan söylədilər ki, ya Rüstəm İbrahimbəyov, ya da mən iştirak etməli idim. Çünki Milli Şura ilə bağlı ciddi məsələlər müzakirə olunacaqdı. Vaşınqtonda bu günə kimi Azərbaycanla bağlı belə ciddi müzakirələr aparılmamışdı. Mənim oradakı çıxışım sizə bəllidir. Mən onlara Milli Şura ilə bağlı sənədləri təqdim etdim. əsas sənədlərdən biri olan Milli Şuranın vahid namizədi və onun öhdəlikləri, Milli Şuraznın təqdim etdiyi şəxs hakimiyyətə gəldiyi zaman görəcəyi işlər təşkil edirdi. Həmin gün mənim dövlət deportamentində görüşlərim oldu. ABŞ-ın aparıcı beyin mərkəzləri, təxminən 20 ictimai rəyə təsir edən nüfuzlu təşkilat rəhbərləri ilə görüşlər oldu. Azərbaycanda qarşıdan gələn prezident seçkilərində Milli Şuranın vahid namizədinin seçki kampaniyasını təşkil etmək üçün nüfuzlu təşkilatlarla görüşdüm və onların təcrübəsindən istifadə edərək kampaniyaya başlayacağıq. Moskvada da Rüstəm bəylə Milli Şura istiqamətində görülən işlər barədə söhbət etdik. Bu səfərlərdən gəldiyim nəticə odur ki, biz doğru yoldayıq. Beynəlxalq aləmdə işin çox hissəsi görülüb. Rüstəm bəyin Avropaya səfərindən sonra ölkədaxilində işlərə başlayıb öz kampaniyamızı aparaçığıq".

Qaynar.info