Video 21:53 14.03.2018

Eldardan şok sözlər: “Hər şeyi ört-basdır edirik” (VİDEO)

"ARB Ulduz"un "Virtual Həyat” verlişinin növbəti qonağı müğənni Eldar Qasımov olub.

Qaynarinfo xəbər berir ki, Eldar ilk olaraq yeni klipindən danışıb:

"Mahnı əslində ötən il yazılıb. Ötən il, qışın əvvəlində. Mahnıya romantik, insanlara təsir edəcək bir klip çəkmək istəyirdik. Mən bu klipdə özümü canlandırmışam. Evdə, dostlarımla necəyəmsə, klipdə də o cür görünmüşəm. Videorolikdə Şükufə xanım Yusupova, Vadim Kutukov, Elvin, Alina sadə obrazlarını canlandırıblar və həyatlarını burda əks etdiriblər”.

Müğənni mentalitendən uzaq olduğunu diqqətə çatdırıb:

"Mentalitetlə hər şeyi ört-basdır edirik. Özümüzə bəraət qazandırırıq. Çox şadam ki, mənim pərəstişakarlarım da, ətrafımda olan insanlar da heç nəyi mentalitetlə ölçmürlər. Əgər mən mentalitetlə yaşasdaydım, indi olduğum yerdə olmazdım”.