Dünya 14:05 26.09.2013

Ələkrəm Hümbətov Qarabağdadır

Dağlıq Qarabağ bölgəsinə gedən separatçı talış birliyinin başçısı Ələkrəm Hümbətov Xankəndidə “parlament sədri” Aşot Qulyanla görüşüb.

“Media forum” saytının məlumatına görə, Ələkrəm Hümbətov deyib ki, talış xalqı milli dövlətini qurmaq arzusundadır və onun yaratdığı Talış Milli Hərəkatı bu arzunun həyata keçməsi ilə məşğuldur.

Bundan əvvəl Ermənistanın paytaxtında olan separatçı sentyabrın 24-də Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasında talışşünaslıq proqramının açılışında iştirak edib.

Ötən əsrin 90-cı illərində Azərbaycanda dövlətə xəyanətə görə məhkum olunmuş Ələkrəm Hümbətov Hollandiyada yaşayır.

Qaynar.info