Dünya 17:47 16.11.2013

Elektrik qatarı 4 gəncin həyatına son qoydu

Moskvada elektrik qatarı 5 nəfəri vurub. 

Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 4 nəfər yerindəcə həyatını itirib, 1 nəfər isə ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb. 

İnsident “Pokrovskoe-Streşnevo” və “Tuşino” istiqamətində hərəkət edən reysdə bu gecə saat 00:10 radələrində baş verib.

Qəzaya düşənlər gənclər olub. Belə ki, 3-ü 1993-cü, biri isə 1995-ci ildə anadan olub. Xəstəxanaya çatdırılan yaralının isə 16 yaşlıdır.

Qaynar.info