Ölkə 19:32 20.11.2018

Əli Əhmədov: "YAP hələ uzun illər yaşayacaq"

"Yeni Azərbaycan Partiyası (YAP) uzun illər Azərbaycanın siyasi mühitinin aparıcı qüvvəsi olacaq".

Bunu Baş nazirin müavini, YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov YAP-ın 26 illiyi bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, partiya neçə illər yaşayacaq və Heydər Əliyevin ideyalarını yaşadacaq.

"Cavanlıq yaxşıdı, enerjinin kifayət qədər bol olduğu dövrdür. Hələ neçə illər partiya yaşayacaq, Heydər Əliyevin ideyalarını yaşadacaq, Prezident və partiyamızın sədri İlham Əliyevin siyasətinə dəstək verəcək",- deyə o bildirib.