Xəbər lenti

Əli Əliyev namizədliyini irəli sürdü
Siyasət 14:56 08.04.2013

Əli Əliyev namizədliyini irəli sürdü

Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyası Məclisi bazar ertəsi keçirilən iclasında partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə dair qərar qəbul edib. 

Bu barədə Qaynar.info-ya partiyanın mətbuat xidmətindən məlumat daxil edilib.

İclasda çıxış edən VİP sədri bildirib ki, prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsində yaranmış vəziyyət ötən seçkilər dönəmində müşahidə olunan arzuedilməz durumdan fərqlənmir. Əliyev bunu təəssüf doğuran hal kimi qiymətləndirib.

VİP sədri bəzi siyasi qüvvələrin öz korporativ maraqlarından çıxış edərək, müxalifətin bir araya gəlməsinə imkan vermədiyini, bununla da müxalifətin seçkidə uğur qazanmaq şansını məqsədyönlü şəkildə zəiflətdiklərini söyləyib.

Əliyev VİP olaraq, müxalifətin əsaslı surətdə təşkilatlanaraq, qarşıdan gələn prezident seçkilərində vahid güc və namizədlə çıxış etməsini ən optimal variant kimi gördüklərini deyib.

VİP Məclisinin iclasında partiyanın yeni təsvirdə hazırlanmış loqotipi və bayrağı da təqdim olunub. Məclis üzvlərinin yeni atributlarla bağlı çıxışından sonra VİP-in yeni loqotipi və bayrağı təsdiqlənib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->