Ölkə 09:39 18.10.2013

Əli Kərimlinin oğlu həbsdən azad edildi

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli oktyabrın 18-ə keçən gecə, saat 2 radələrində 25 günlük həbs cəzasından sonra azad edilib. Saxlandığı təcridxananın önündə onu 30-dək dostları və AXCP fəalları qarşılayıb.

Türkel Kərimli deyib ki, həbsinin səbəbi siyasidir və atasının fəaliyyətinə görədir: "Əlbəttə, öz fəaliyyətimə görə yox, atamın siyasi fəaliyyətinə görədir bu sifariş. Hesab edirəm ki, həbsim hakimiyyətin yuxarı eşalonunun sifarişi əsasında həyata keçrilib. Elə düşünüblər ki, bu, atamı yolundan çəkindirəcək. Amma o, bunu heç vaxt etməz. Çünki, tutduğu yol haqq, ədalət yoludur. Atamla fəxr edirəm".

Türkel Kərimli deyib ki, 25 günlük həbs ona yalnız dərslərində müəyyən qədər geri salmaq baxımından təsir edib.

Xatırladaq ki, Türkel Kərimli Milli Şuranın 22 sentyabr mitinqindən sonra 2 dostu ilə birlikdə tulmuşdu və guya namizədlərdən birinin plakatını cırmaqda ittiham olunmuşdu.

Qaynar.info