Siyasət 12:19 19.07.2013

Əli Nağıyev kimi dəstəkləyəcək?

“Mənim bir namizədim var, başqa cür də ola bilməz. Mən qarşıdakı seçkilərdə İlham Əliyevi dəstəkləyəcəm”.

Bu sözləri Moderator.az-a açıqlamasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusiyadakı keçmiş səfiri Əli Nağıyev söyləyib.

 Sabiq nazir açıqlamasında bu mövqeyini İlham Əliyevin xalq qarşısındakı xidmətləri ilə əlaqələndirdiyini deyib: “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan inkişaf edib. Bunu görmək lazımdır”.

 Hakim partiyanın qurucusu kimi işsiz qalması faktına gəlincə, Əli  Nağıiyev buna görə, hakimiyyətdən narazı qalmadığnı deyib: “Bu məsələlər ölkə rəhbərliyinin səlahiyyətinə aid məsələdir. Mən işsizəm deyə, hakimiyyətdən narazı deyiləm”.

Əli Nağıiyev YAP-ın qurultayında partiya rəhbərliyinə və seçkili orqanlara düşməməsi məsələsində də toxunub: “Görünür, məsləhət belədir. Amma yenə də təkrar edirəm ki, bu kimi hallar məni hakimiyyətdən narazı salmır”.

Qaynar.info