İdman 11:34 22.07.2018

Əliyar Ağayev Avroliqaya təyinat aldı

Əliyar Ağayev 2018/19 mövsümündə avrokuboklara ilk təyinatını alıb.

Qaynarinfo xəbər verir ki, FIFA referisi Qazaxıstanın "Kayrat" və Hollandiyanın "Alkmaar" klubları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək. 

Əliyar Ağayevə Zeynal ZeynalovRza Məmmədov yardım edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, iyulun 26-da Almatıdakı Ortalıq" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.