Dünya 15:44 05.12.2019

Elm adamlarından qorxunc xəbərdarlıq: “Heç nə edə bilmərik...”

Arktikada geniş miqyaslı metan tullantıları iqlimin fəlakətli istiləşməsinə səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, bu sözlər elm adamlarının xəbərdarlığında yer alıb.

Bildirilir ki, bu tendensiya uzun müddətdir davam edir, oktyabrın 7-də isə Şimali Arktika okeanında son illərin ən yüksək metan tullantıları qeydə alınıb. Permafrostun əriməsi səbəbiylə buzun altında olan istixana qazı sudan sıyrılaraq sürətlə atmosferə keçir.

"Permafrost (daimi donmuş torpaq) altında olan metanın cəmi 2%-i atmosferə düşsə, bunun nəticələrini təxmin etmək çox çətin olacaq", - deyə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Alyaska Universitetinin Beynəlxalq Arktika Elm Mərkəzinin professoru İqor Semiletov izah edib.
Tədqiqatçılar artıq istixana qazı tullantılarının xəritəsini əldə ediblər ki, üzərində mindən çox nöqtə qeyd edilib və yeddi zonanın diametri bir kilometrdən çoxdur. Qalan çatlar isə bir neçə yüz metri əhatə edir.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Yuri Baleqa əmindir ki, hazırda tullantıların dayandırılması və ya vəziyyəti düzəltmək mümkün deyil.

"Biz nə qədər buraya tullantı atmayın deməyinizdən asılı olmayaraq, heç nə edə bilmərik. Metanın qaz xətti aşağıdan ildə 7-8 metr sürətlə yüksəlir və qovucuqları havaya atılır”, - Baleqa deyib.