Ekonomiks 12:23 01.08.2018

Elman Rüstəmov: "Tarif Şurasının qərarı inflyasiyaya təsir edəcək"

Avtobus və metroda qiymət artımı inflyasiyaya təsir edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Tarif Şurasının qiymət artımı ilə bağlı inflyasiyaya təsir etsə də, bu minimal həddə olacaq:

"Lakin düşünmürük ki, bu artım inflyasiyanı 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər".