Siyasət 18:36 31.05.2013

Elmar Məmmədyarov ABŞ-a getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına yola düşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə,  E. Məmmədyarovun ABŞ-a səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcəyi və Amerika Yəhudi Komitəsinin Ümumdünya Forumunda çıxış edəcəyi nəzərdə tutulur.

Qaynar.info