Siyasət 17:54 05.08.2013

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasında çıxış edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfər edib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda avqustun 6-da keçiriləcək açıq müzakirələrdə iştirak etməkdir.

Görüşə Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcək.

Səfər müddətində nazirin BMT TŞ-da çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulur.

Qaynar.info