Ölkə 16:13 11.06.2013

Elmar Məmmədyarov jurnalistləri təhqir edən XİN rəsmisindən üzrxahlıq tələb etdi

Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadənin jurnalistləri təhqir etməsi ciddi rezonans doğurub.

Avropa.info-nun XİN-dəki mənbədən əldə etdiyi məlumata görə, yaranmış vəziyyətlə bağlı, XİN rəsmiləri nazir Elmar Məmmədyarova müraciət ediblər. Nazir isə Pərvin Mirzəzadəni yanına çağıraraq onu danlayıb və vəziyyətə aydınlıq gətirməsini tələb edib.

Bu zaman Pərvin Mirzəzadə təkcə jurnalistləri deyil, həmçinin nazirlik əməkdaşlarını da tədbir zamanı sakitliyə riayət etməyə çağırdığını bildirərək hər hansı şəkildə üzrxahlıq etməkdən boyun qaçırıb.

Elmar Məmmədyarov isə bundan sonra köməkçilərinə vəziyyəti jurnalistlərdən öyrənərək araşdırmaq barədə göstəriş verib.

Yaranmış vəziyyətlə bağlı olaraq mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərdən şifahi qaydada üzr istəsə də, media nümayəndələri bu jesti yetərli saymayıblar.

Qaynar.info