Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda nazirlərin görüşündəki çıxışı zamanı rabitəsiz və anlaşılmayan cümlələr qurduğuna görə onu tənqid edənlərə cavab verib.

Qaynarinfo xəbər verir ki, nazir Trend-ə müsahibəsində tənqidlərə cavab olaraq bu sözləri deyib: "Bilirsiniz, məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, anlamaq istəməyənlərə gəldikdə isə, babalı onların boynuna”.