Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək üçüncü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsselə yola düşüb.

Qaynarinfo xəbər verir ki, səfər çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.