Video 15:29 15.02.2018

Elnarə: ​“Faiq Ağayevi sevirəm” (VİDEO)

ARB TV-nin "Sayqa İlə bu axşam” proqramının növbəti qonaqları Xalq artisti Faiq Ağayev və müğənni Elnarə Xəlilova olub.

Qaynarinfo müğənni efirdə həmkarı Xalq artistləri Faiq Ağayev və Aygün Kazımovanı sevdiyini bildirib:

"Hissi idarə etmək olmur. Biri də var münasibətlər. Vətəni də, dostumuzu da, övladlarımızı, həyat yoldaşımızı da sevirik. Lakin, bunlarla ayrı-ayrı münasibətdəyik. Bu yaxınlarda müsahibəmdə dedim ki, 2 insana eşq etiraf etmək istəyirəm. Biri Aygün Kazımovadır, biri də Faiq Ağayevdir. Mən Faiq Ağayevi sevirəm. Amma hamı bilir ki, biz Faiqlə dost, yoldaş münasibətindəyik”.