Maqazin 10:20 21.01.2015

Elnur bu gün duelə çıxacaq - VİDEO

“O səs Türkiyə” yarışmasındakı çıxışı ilə səs-küy yaradan müğənni Elnur Hüseynovun növbəti dueli bu gün baş tutacaq. Axşam.az-ın məlumatına görə, veriliş Bakı vaxtı ilə saat 22:00-da “TV8”-də yayımlanacaq.

E.Hüseynov müsabiqənin münsif kürsüsündə əyləşən ifaçı Ebru Gündeşin komandasında yarışır. İkinci dueldə Ümid Ortaç adlı  iştirakçı ilə "Stay in alive" (Bee Gees) mahnısını ifa etmiş və qalib olmuşdu.

Qeyd edək ki, Türkiyənin “TV8” kanalında Acun İlıcalının aparıcılığıyla təqdim edilən proqramın münsiflər heyətində tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur yer alıblar.


Qaynar.info