Maqazin 10:53 21.04.2015

Elnur “Eurovision In Concert” şousunda - FOTOLAR

Elnur Hüseynov Avropa promo-turu çərçivəsində Amsterdamda keçirilən ən böyük “Eurovision In Concert” şousunda iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, “Eurovision In Concert” ənənəvi olaraq hər il Hollandiyanın mərkəzi Amsterdamda keçirilir.

Bu konsert artıq 7 ildir təşkil edilir və "Eurovision" müsabiqəsi öncəsi keçirilən ən önəmli tədbirlərdən biridir.

“Eurovision In Concert” partisində 24 ölkədən olan müsabiqə iştirakçıları öz mahnılarını səsləndirib.

Bu əyləncəli gecədə Azərbaycan təmsilçi Elnur Hüseynov “Melkweg” səhnəsində “Hour of the Wolf”  mahnısını təqdim edib.

Səfər çərçivəsində Elnur Hüseynov mətbuat konfransı keçirib və media nümayəndələrinə müsahibə verib.

Qeyd edək ki, E. Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada “Hour of the Wolf” mahnısı ilə çıxış edəcək.

Qaynar.info