Maqazin 12:00 22.04.2015

Elnur Hüseynovu belə görmədiniz - FOTOLAR

“Eurovision” mahnı müsabiqəsində builki təmsilçimiz Avropada promoturu çərçivəsində bir-birindən rəngli görüntüləri ilə yaddaşlarda iz buraxıb. 

Anspress-in məlumatına görə, qardaş ölkədə keçirilən “O səs Türkiyə” müsabiqəsində güclü səsi ilə izləyicilərin rəğbətini qazanan və sonda qalib seçilən həmyerlimiz Elnur Hüseynovun Belçikada radiolardan birinə qonaq olarkən taxdığı eynək maraqla qarşılanıb. 

Müğənninin sosial şəbəkədə paylaşdığı fotoşəkillər izləyicilər tərəfindən müsbət rəylər alıb. 

O, promotur çərçivəsində Latviyada, Macarıstanda, Hollandiyada və Belçikada bir sıra çıxışlar edib, televiziya və radiolara qonaq çağırılıb. Təmsilçimiz aprelin 24-də isə Moskvada “Pre-Eurovision Concert” tədbirinə qatılacaq.

Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də "Eurovisia 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada "Hour of the Wolf” mahnısı ilə çıxış edəcək.






Qaynar.info