Maqazin 11:37 21.05.2015

Elnur: "Səhnədə özümdən gedə bilərəm" - MÜSAHİBƏ+FOTO

"Türk dilində danışmağı "Muhteşem yüzyıl"dan öyrənmişəm". Anspress-in məlumatına görə, bunu səsi ilə bütün Türkiyəni heyran qoyan, ən məşhur yarışmalardan olan "O səs Türkiyə"nin qalibi seçilən, Azərbaycanın "Eurovision" təmsilçisi Elnur Hüseynov deyib. 

O, Türkiyə mətbuatına müsahibəsində Avstrayada keçirilən müsabiqədə qardaş ölkənin yer almamasından təssüfləndiyini desə də, Azərbaycanın qardaş ölkənin gözü, qulağı olacağını deyib. 

Qaynar.info Elnurun müsahibəsini təqdim edir. 

- “O Səs Türkiyə" də birinci seçiləndən dərhal sonra "Eurovision" üçün təklif gəldi. Nə düşündün? 
- Doğurdanda hər şey çox sürətlə baş verdi. Bir yarışmadan yeni çıxmışdım və başqa yarışa qatılmağım istənilirdi. Bu layihələrin hər ikisi irimiqyaslıdır. Yəni çox həyəcanverici idi. 

- Rusiyada yayımlanan "The Voice"da yarıçmaq imkanın var idi. Amma sən türkiyəni seçdin. Niyə? 
- Amsterdamda oxuyanda dostlarım mənim adımdan Rusiyadakı yarışa video göndərmişdilər. Amma mən ora qatılmaq istəmirdim. 

- Məsələ rus dili idi? 
- Xeyir. Rus dilini bilirəm. Rus dilində mahnı da ifa edə bilirəm. Amma istəmədim. Türkiyə bizin qanımız, iki dövlət bir millətik. 

- Rusiyada qalibiyyət kariyeraya görə daha önəmli olmazdı?
- Bəlkə də... Amma əsas insanların aralarındakı hisslərdir. Məni üçün Türkiyə önəmlidir. 

- Bu duyğu qarşılıqsız deyil. Türk xalqının gözü qulağı səndə. Küçədəki vətəndaşa mikrafon uzadanda sanki bizim adımızdan yarışırmışsan kimi "Elnur qələbə qazan, mükafatı al gəl" deyirlər. Bu vəziyyət ekstra bir hal yaradır? 
- Əksinə qürur duyuram. Promo tur çərcivəsində Stokholmda bir marketə getdim. Alış verişdən sonra pul verəndə alıcı mənə "Elnur necəsən? Səndən heç pul alarıq" dedi. Çox duyğulandım. Heç bir yerdə yalnı olmadığımı bilirəm. 

- Səsvermə barədə nə deyə biərsiniz? “Hour of the Wolf” türklərin səsini alar? 
- Mahnımı sevən, mənim qələbəmi arzu edənlər əlbətdə ki, səs verər. Niyə verməsin ki... Amma xüsusi olaraq heç kimdən səs istəyə bilmərəm. Mənim üçün səsdən çox işimi sevməyim, bəyənmələri önəmlidir. 

- Bu bir yarışdır. Stresə görə gecələr yuxusuz qaldığın olur? 
- Olur. Gərgin qrafikdən başım şişir, səssiz sakit zaman keçirmək istəyirəm bəzən. 

- Səbrin sona çatıb elə bil... 
- (Gülür) Qələbə də qazana bilərəm. Nəticəni eşidən də səhnədə özümdən də gedə bilərəm. Kim bilir...

- Səni bu qədər yoran nədir? 
- Promo turda idik. Ölkə ölkə gəzdik, hamı ilə söhbət etdik. O zamanda yalnız qalmağım imkansızdır. Bu belə məni yordu. Amma nə olursa olsun bu yolu keçməliyik. 

- Nə olacaq o yolu keçsən? 
- Bütün xəyallarım, istəklərim həyata keçəcək. 

- Yarışmadan sonra İstanbula gedib albom hazırlayacağını eşirtydim. 
- Doğrudur. Həm də bir yox, ikisi birdən 

- Necə? 
- Bir albom Avropada yayımlanmaq üçündür. Biri isə tamamilə türk mahnılardan ibarət olacaq. 

- Türk dili biliyin necədir? 
- Get-gedə düzəlir. Bir il öncə türk dilində heç nə bilmirim. Danışmağı "“Muhteşem Yüzyıl”ı izləyərək öyrəndim. İndi get-gedə daha yaxşı olur. 

- Necə dil bilirsiniz? 
- Azərbaycan, türçə, ingilis, rus dillərini. Bir az da polyak dili. Amma türk pop mahnılardan əlavə türkülər oxumaq istəyirəm. Ebru Gündəşdən bu işin texnikasını mənə öyrətməsini istəyəcəm. 

Qaynar.info