Maqazin 19:40 07.02.2018

Elnurdan gözlənilməz qərar: "Daha oxumayacağam"

Uzun müddətdir efirlərdən və mediadan kənar gəzən müğənni Elnur Məmmədov toyunda onu görmək istəyən şəxslərə xəbərdarlıq yollayıb. Beləki məşhur bundan sonra toylarda çıxış etməyəcək. El şənliklərindən imtina edən Elnur bir çox məsələlərə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, sənətçini artıq el şənliklərində ifa etməyəcəyini elan edib: 

"Artıq toy bazarında məni görməyəcəklər, el şənliklərindən imtina edirəm, daha oxumayacam. Bunun da səbəbləri var. Bilirsiniz ki, toy şənliklərinin ayrıca repertuarı olur, istər-istəməz özünə uyğun bilmədiyin mahnıları oxumaq məcburiyyətində qalırsan. İstəyirəm hamı məni səhnə müğənnisi kimi görsün. Bundan sonra yalnız sənətimlə məşğul olacam. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə solo-konsertlər vermək fikrindəyəm. Onsuz da Azərbaycanda az-az oluram, vaxtımın çoxu səyahətlərdə keçir".

Müğənnilərin gəlir yeri yalnız toylardır. Çünki Azərbaycanda müğənnilər konsertlərdən qazanc əldə edə bilmirlər. Burada maraqlı bir məqam ortalığa çıxır. Bəs toylarda çıxış etməkdən imtina edən Elnur, bundan sonra hansı yolla dolanacaq? Məlumata görə, sənətçi xarici ölkələrin birində şəxsi biznes açıb. Özünü müğənni kimi təsdiqləyən Məmmədov, bundan sonra özünü iş adamı kimidə sınayacaq. 

"Mən də bilirəm ki, müğənninin gəlir yeri yalnız toylardır. Lakin səhnəni daha üstün tuturam. Qaldı ki, biznesimə, bu məsələ mənə aiddir, bu barədə danışmaq istəmirəm”, - deyə müğənni əlavə edib.