Maqazin 00:27 10.06.2015

Elnurla Kardaşyanın bacısı eyni şouda - FOTOLAR

Antaliyada “Dosso Dossi Fashion Show” start götürüb. “Qafqazinfo”nun məlumatına görə, nümayişdə ilk olaraq məşhur top model Kendall Jenner podiuma çıxıb. 

O, payız-qış kolleksiyasını təqdim edib. Şou zamanı səhnəyə çıxan akrobatik qrupu isə qonaqlara fərqli bir həyəcan yaşadıb.  

Daha sonra “Eurovision-2015” Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə çıxıb, “Hour Of The Wolf” mahnısını səsləndirib. Xoreoqrafiyasını Öner Evezin hazırladığı dəfilə təxminən 1 saat davam edib. 

Şou iyunun 14-dək davam edəcək.

Qeyd edək ki, Kendall Jenner Kim Kardaşyanın kiçik bacısıdır. 

Qaynar.info