Maqazin 22:21 23.04.2015

Elnurun Afina macəraları - FOTOLAR

Elnurun promotur çərçivəsində səfər etdiyi növbəti ölkə Yunanıstan olub. “Qafqazinfo”nun məlumatına görə, o, “MAD TV” və “MAD TV Albania” üçün müsahibə verib, sonra “Antenna TV” telekanalının səhər şousunun efirinə çıxıb. Burada “Hour of the Wolf” müsabiqə mahnısını təqdim edən Elnur studiyada sualları da cavablayıb. 

Müğənni hətta yerli Afina zoomağazasına da baş çəkib və öz pişiyi üçün hədiyyələr alıb. 

Daha sonra Elnur “Hello! Magazine”, “Virus” jurnalları və “Oikotimes.com” portalı üçün müsahibələr verib. Elnurun növbəti dayanacağı Moskvadır.

Xatırladaq ki, Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında “Hour of the Wolf” mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək.

Qaynar.info