Maqazin 14:11 28.10.2017

Elşad Xose sərbəst buraxıldı

Tanınmış reper Elşad Xose sərbəst buraxılıb. 

Bu barədə "Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə deyib.

Bildirilib ki, Xosenin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, ancaq istintaq davam edir.

Qeyd edək ki, reperin eks-xanımı Oksana Rəsulova Xose tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.
 
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq)  maddəsi ilə cinayət işi başlanılıb.

Qaynarinfo.Az