Oksana Rəsulova növbəti dəfə ailə həyatı qurmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "ATV maqazin onlarla"nın mikrоfonuna danışan rəqqasə maraqlı etiraflar edib: 

"Mənə elə gəlir ki, mənim üçün başqa həyat başlamalıdır. Ailəmə söz vermişəm ki, gələn il ailəm olmalıdır. Gələn ildən mənim üçün başqa həyat başlamalıdır. Çox istərdim ki, həyatımda bir insan olsun, mənə dayaq olsun, yanımda olsun və onunla ailə həyatı qurum. Ola bilsin ki, böyük, təmtəraqlı toy etmədim".

Qeyd edək ki, Oksana repçi Elşad Xose ilə ailəli olub.