Maqazin 13:52 25.02.2016

Elza İlhamədən danışdı - "Allah günahlarını bağışlasın"

Onun ölüm xəbərini ANS telekanalından eşidib, üzüldüm. Allah rəhmət etsin. Bir incəsənət xadimi olaraq son mənzilə yola salınanda mən də iştirak edəcəyəm.

 Bu sözləri Axar.az-a Azərbaycan Respublikasının əməkdar artisti Elza Seyidcahan deyib.

 O, İlhamə Quliyevanın ölümünün sosial şəbəkədə müzakirəsindən də danışıb:

 “Sosial şəbəkədə onun ölümü yumor hissi ilə qarşılanır, amma bu yolverilməzdir. Biz hər birimiz xasiyyətimiz, əməllərimizə görə Allahın qarşısında cavab verəcəyik. Nə demək olar. Allah günahlarını bağışlasın”.

 Xatırladaq ki, Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün vəfat edib.

Qaynar.info