Maqazin 22:56 13.01.2018

Elzanın anası: "Ona şeir yazmağı qadağan etmişdim"

Əməkdar artist Elza Seyidcahanın anası qızı haqda açıqlama verib.
 
Qaynarinfo-nun axsam.az-a istinadən məlumatına görə, o, "Lider maqazin"ə açıqlamasında bildirib ki, övladına şeir yazmağa bir vaxtlar qadağa qoyub:
 
"Elza uşaqlıqdan da hər şeyə əl atırdı. Ona şeir yazmağı mən qadağa qoymuşam. Ona görə də yarımçıq qaldı. Dedim ki, şeiri də, rəssamlığı da at kənara, bəstəkarlıq et. İndi gözəl şeir yazır. Ona paxıllıqdan sataşırlar. Ona xarici ölkələrdən təkliflər gəlir. Amma heç yerə getmir".