Ekonomiks 17:54 15.02.2018

Əmək pensiyalarının hesablara köçürülməsinə başlanıldı

"Əmək pensiyalarının hesablara köçürülməsinə başlanılıb”.

Bunu "Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, ilk mərhələdə Bakı, Sumqayıt və Abşeron sakinlərinin pensiyalarının ödənişinə başlanılıb: "Sonrakı mərhələdə maliyyələşdirmə, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ayın sonunadək pensiyaların ödənişi tam başa çatdırılacaq”.