Dünya 09:41 09.04.2018

Azərbaycanda seriala çəkilən əməkdar artist 48 yaşında vəfat etdi

Moskvada fəaliyyət göstərən "Müasir Pyeslər Teatrının” aktrisası Anjelika Volkçova vəfat edib.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, aktrisa ağır xəstəlikdən sonra Pasxa gecəsi 48 yaşında dünyasını dəyişib.

Əməkdar artistlə vida mərasimi aprelin 10-da teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.

Azərbaycan tamaşaçılarına "Muxtarın qayıdışı” serialından yaxşı tanış olan aktrisa həmçinin "Londonqrad” və "Qromovlar” serialarında da maraqlı obrazlar yaradıb.