Əməkdar artist: “Atama gözəl xanımlardan məktublar gəlirdi” (VİDEO)
ARB TV-nin "Boş Anlar” verlişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub.
Qaynarinfo xəbər verir ki, o, ikinci dəfə ailə qurmama səbəbindən danışıb:
"Allah rəhmət etsin, mənim atam əllərini iynələr deşə-deşə bizim üçün yorğan sırayıb. Bax belə kişilər olub. Ona görə məndən nəyə görə 2-ci dəfə ailə qurmadız soruşulanda, onu deyirəm ki, mən elə bir kişi tapmadım. Atamda olan xüsusiyyət əsl kişiyə məxsus idi. Atam da, anam da mühəndis idi. Atam tez-tez işi ilə bağlı ezamiyyətə gedirdi. Atam gələndən sonra dalınca gözəl xanımlardan məktublar gəlirdi. Anamı qınayırdılar ki, bəs sən qısqanmırsan? Anam deyirdi ki, gəlsin də. Deməli yaraşıqlı, baxımlı kişidir ki, məktublar gəlir. Anam elə cavab verirdi. O vaxt anamı başa düşmürdük. Ancaq indi mən anamın müdrikliyini başa düşürəm”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər