Bakı İdman Sarayında təşkil edilən peşəkar boks üzrə beynəlxalq turnirin son döyüşü azərbaycanlı Ramil Hacıyev və Argentina idmançısı Veron arasında baş tutub.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, qarşılaşmadan öncə hər iki ölkənin dövlət himni səsləndirilib. Dövlət himnimizi əməkdar artist İlahə Əfəndiyeva səsləndirib. Ancaq Əfəndiyeva himnin bəzi sözlərini yanlış oxuyub. 

Qeyd edək ki, turnirdə beş ölkədən 16 boksçu "WBC Youth”, "IBF International”, "WBA Continental” və "WBA Inter-Continental” kateqoriyaları üzrə çempionluq uğrunda mübarizə aparıblar.

Həmin görüntüləri təqdim edirik.