Xəbər lenti

Əməkdar artist:
Sənət 15:08 07.10.2023

Əməkdar artist: "Çox pisəm, özümə gələ bilmirəm"

"Vəziyyətim yaxşı deyil, əhvalım çox pisdir. Emilin yoxluğuna alışa bilmirəm”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov oğlu Emilin xatirələrindən danışarkən deyib. 

Aktyor təsəllini Emilin birinci həyat yoldaşından olan övladında tapdığını qeyd edib: 

"Bir oğlu var, 3-cü sinifdə oxuyur. Teatra gəlir, tamaşalarıma baxır. Nə yaxşı ki, o var, yoxsa təsəlli tapa bilməzdim. Qismət… Mənimki də belə gətirdi”.

Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanovun 44 yaşlı müğənni oğlu Emil Rəhmanoğlu sentyabrın 19-da dünyasını dəyişib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->