Sənət 17:32 29.07.2014

Əməkdar artist fəryad etdi: Yalvarıram, qoymayın ölüm - FOTO

 “Hər gün daha da pis oluram”.

Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Səlmanovanın vəziyyəti yenidən ağırlaşıb.

Qaynar.info xəbər veri ki, bu barədə Lent.az-a aktrisanın yaxınları məlumat verib:

“Gülnar xanımın vəziyyəti ağırdır. Onu Sabunçu xəstəxanasına yerləşdirmişik. Özünü çox pis hiss edir. Dializ olunmalıdır”.

G.Salmanovanın özü ilə də əlaqə saxlanılıb. Danışmaqda çətinlik çəkən aktrisa isə vəziyyəti barədə bu sözləri deyib:

“Yaxşı deyiləm, oğlum. Mənə kömək edin. Hər gün daha da pis oluram. Mənim bu halımla maraqlanan heç kimsə olmayıb. Çox xahiş edirəm, mənə yardım edin. Ölmək istəmirəm”.

Qaynar.info