Maqazin 00:39 11.03.2015

Əməkdar artist millət vəkilinin mahnısını oxudu - FOTO/VİDEO

Əməkdar artist Manana sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi bəstəkar Sevinc Tofiqqızına məxsus “Söylə, sənmisən?” adlı mahnını lentə aldırıb. Bu barədə lent.az-a mahnının bəstəkarı S.Tofiqqızı bildirib: 

“Qənirə xanımla işbirliyimiz davam edir. Bu dəfə onunla ortaq mahnımızı Manana ifa etdi. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 11-ci mahnıdır. Hələ ardı var".
 
Qeyd edək ki, "Söylə, sənmisən?" mahnısının aranjemanını Osman Həmidov edib.







Qaynar.info