Maqazin 12:35 18.07.2015

Əməkdar artist qızının toy tarixini açıqladı

Əməkdar artist Elza Seyidcahan qızı Gülşənin xına və toy tarixini açıqlayıb. Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında bunları deyib:

"Xınayaxdı avqustun 19-da, toy isə 24-dədir. Fərqli ideyaları var. Bir çox restoran sahibləri öz məkanlarını mənə təmənnasız verir. Amma qızımın arzusu var. Maddi baxımdan mənə baha başa gəlsə də, onları reallaşdıracam. Xınayaxdı suda olacaq. Övladıma xeyir iş edirəm, alnım açıq, üzüm ağdır. Qapım bütün media əhlinin üzünə açıqdır, gəlib çəkə bilərlər".

Qaynar.info