Maqazin 21:10 10.03.2018

Əməkdar artist: "Təyyarədən və studiyaya girməkdən qorxuram"

Əməkdar artist Yusif Mustafayev özü ilə bağlı maraqlı etiraf edib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, müğənni "5/5" verilişində qorxduğu üç şeyi açıqlayıb:

"Bir göydəki təyyarədən qorxuram. İkinci, ilandan çox qorxuram. Bir də studiyaya girib mahnı yazdırmaqdan qorxuram. Studiyanın adı gələndə ürəyim partlayır. Bu dəqiqə on mahnım var girib oxuya bilmirəm. Studiya qaranlıq olur, həyəcanlı oluram. Qaranlıqdan xoşum gəlmir".