Foto 09:38 04.04.2018

Əməkdar artisti ailəsi ilə birgə teatrdan qovdular (FOTOLAR)

Ötən gün London teatrlarından birində uşaq tamaşasına baxmağa gedən Azərbaycanın əməkdar artısti Yusif Eyvazov, həyat yoldaşı, opera müğənnisi Anna Netrübko və oğlu Tyaqo teatrdan qovulublar.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu barədə Anna rəsmi İnstaqram səhifəsində teatrdan fotolar paylaşaraq yazıb:

"Ələddin" tamaşasının başlamasına 5 dəqiqə qalmış bizi teatrdan çıxartdılar. Biz bileti hamı kimi kassadan almışdıq. Onlara 600 avro pul ödəmişdik. Amma məlum olub ki, biletlər saxta imiş. Aldanan təkcə biz deyildik. Daha bir qızı da anası ilə oradan uzaqlaşdırdılar. Vacib deyil ki, sən məşhursan və ya varlısan, bu, hamının başına gələ bilər. İndi isə gedirik pulumuzu geri almağa".