Ölkə 09:38 23.01.2018

Əməkdar artistin nəvəsi yandı, hönkür-hönkür ağladı

Əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Mehriban Xanlarovanın nəvəsi yanıb.
 
Qaynarinfo-nun məlumatına görə, aktrisa gözlaşları içərisində Milli.Az-ın əməkdaşının telefon zənginə ağlayaraq cavab verib. O, bildirib ki, nəvəsi üstünə qaynar su töküb.

"Nəvəm üstünə qaynar su tökərək özünü yandırıb. Ayağından və əlindən yanıq xəsarətləri alıb. Bir neçə gündür ki, xəstəxanadayam. Onun yanında mən qalıram, qucağımda ora aparıram, bura gətirirəm. Kənddən mənim yanıma qonaq gəlmişdi. Heç kim həyatdan sığortalanmayıb. Kim nə bilərdi ki, bu hadisə baş verəcək? Hal-hazırda həkim nəzarətindədir, İnşallah ki, tezliklə ayağa qalxar. İnanın Allaha, çox acı çəkirəm" deyə aktrisa bildirib.