Ölkə 10:09 11.09.2017

Əməkdar jurnalist vəfat etdi

Uzun illər Azərbaycan Dövlət Televiziyasında, daha sonra İctimai Televiziyada çalışmış əməkdar jurnalist Rafiq Nəbiyev vəfat edib.

"Qaynarinfo" xəbər verir ki, modern.az-a bu haqda mərhumun keçmiş iş yoldaşları məlumat veriblər.

Qeyd edək ki, Rafiq Nəbiyev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun müddət illər Azərbaycan Dövlət Televiziyasında şöbə müdiri, daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətində "Koordinasiya və Proqram direktorluğu"nun direktoru vəzifəsində işləyib.

Allah rəhmət eləsin...

Qaynarinfo.Az