İdman 15:01 07.08.2013

Emenike "Fənərbaxça"da

Türkiyənin "Fənərbaxça" klubu daha bir futbolçu ilə heyətini gücləndirib.

Emanuel Emenikenin komandaya gətirilməsi üçün "Spartak"la (Moskva) razılıq əldə olunub.  Nigerilyalı hücumçunun avqustun 12-ə qədər Türkiyəyə gəlib tibbi müayinədən keçdikdən sonra müqavilə imzalanacağı bildirilib. Bu transfer üçün Moskva təmsilçisinə 13 milyon avro təzminat  ödəniləcəyi məlum olub.

Qeyd edək ki, Emenike 2011-ci il mayın 25-də "Fənrəbaxça" ilə  dörd illik müqavilə imzalasa da, danışılmış oyunlarda şübhəli bilindiyi üçün bir aydan sonra klubdan ayrılıb və həmin ilin  iyulun 28-də "Spartak"a transfer olunub.

Qaynar.info