Foto 19:03 07.07.2018

Emənilər Azərbaycan torpaqlarını yenidən yandırdı (FOTOLAR)

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.  

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, yanğınlar günorta saatlarından başlayaraq Baş Qərvənd kəndi ərazisində müşahidə olunur. 

Erməni hərbiçilərinin Qərvənd kəndində törətdiyi yanğın  neytral ərazilərə yayılıb. Hazırda yanğın cəbhə xəttinə yaxın Mirəşelli, Çıraxlı , Əhmədağalı kəndindən aydın görunür.