İdman 10:23 08.02.2019

Emiliano Salanın cəsədi tapıldı (FOTO)

Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarının çıxarıldığını və argentinalı futbolçu, Uelsin"Kardiff Siti" klubunun üzvü Emiliano Salanın cəsədinin Britaniyanın Portlend limanına çatdırıldığını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, Portlend limana çatdırılan cəsədin peşəkar futbolçu Emiliano Salanın meyiti olması rəsmi şəkildə müəyyən edilib.

Futbolçunun və təyyarəni idarə etmiş pilotun qohumları ekspertizanın nəticələri haqqında xəbərdar edilib. Faciənin başvermə şəraitinin araşdırılması davam edəcək.

Cümə axşamı xilasedicilər Emiliano Sala və pilot Devid İbbotson olduqları güman edilən cəsədləri parçalanmış təyyarədən çıxarıblar. Təyyarənin özü isə bazar ertəsi tapılıb.