İdman 10:11 16.02.2019

Emiliano Salanın meyiti vətəninə çatdırıldı

"Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın meyiti vətəni Argentinaya göndərilib.

Qaynarinfo xəbər verir ki, aviaqəza zamanı həlak olmuş Salanın cəsədi Proqreso şəhərinə çatdırılıb. Bu gün futbolçunun ilk klubu "Proqreso"nun idman zalında vida mərasimi keçiriləcək. 

Qeyd edək ki, qəza 21 yanvarda Emiliano Sala Fransadan Kardiff şəhərinə uçan zaman baş vermişdi.

Gülşən