Maqazin 21:18 14.06.2015

Emin Ağalarov "Yaşıl Teatr"da konsert verəcək

Müğənni-bəstəkar Emin iyulun 16-da Yaşıl Teatrda konsert verəcək. Anspress-in məlumatına görə, müğənni bu dəfə səhnəni heç kimlə paylaşmayacaq. 

İyulun 16-sı saat 21-də başlayacaq konsertə biletlərin qiymətləri 20-100 manat arasında dəyişir. 

Qeyd edək ki, müğənni-bəstəkar iyunun 27-də sahibi olduğu “Sea Breeze” otelində də konsert proqramı ilə çıxış edəcək.

Gecədə Eminlə birlikdə səhnəni rusiyalı ifaçı Qriqoriy Leps paylaşacaq.

Qaynar.info