Azərbaycan Hava Yolları (AZAL) xalq artisti Emin Ağalarovun ad gününü maraqlı şəkildə təbrik edib.
Moskvadan Bakıya səyahət edən xalq artisti Emin Ağalarova təyyarə bələdçiləri sürpriz hazırlayıblar. Onlar təyyarədə məşhur "Ad günü” mahnısını oxuyaraq, xalq artistinə tort təqdim ediblər.
Sözügedən görüntülər AZAL-ın İnstaqram səhifəsində paylaşılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Emin Ağalarovun 39 yaşı tamam olub. (kult.az)
Şərhlər