Maqazin 12:55 13.10.2017

Emin Ağalarovun milyonluq villası, bahalı maşınları (VİDEO)

Azərbaycanlı tanınmış müğənni Emin Ağalarov "MUZ TV" kanalının əməkdaşlarına evinin qapılarını açıb. 

"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, müğənni "Naprosilis" verilişində öz evi və həyat tərzi haqqında sevənləri üçün məlumat verib. 

Müğənninin dəbdəbəli evi tamaşaçıları heyran qoyub. Emin öz evinin həyətində şəxsən yemək bişirdiyini söyləyib. Müğənni xüsusilə, kabab bişirməyi xoşladığını sözlərinə əlavə edib. Uşaqları ilə necə vaxt keçirdiyini, harada yemək yediyini göstərən Emin uşaqlıq şəkillərini də tamaşaçılara göstərib. 

İş ofisi, bilyard zalı, böyük idman zalı, böyük hovuzu və bahalı maşın qarajını Emin onun həyataı ilə maraqlananlar üçün təqdim edib. 

Qaynarinfo.Az