Maqazin 19:22 25.10.2018

Emin: "Azərbaycan haqqında mahnıların sayı çox ola bilməz"

"Mənim Azərbaycanım” mahnısı "Mavi əbədiyyət” mahnısının əsasında yazılıb.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti Emin Ağalarov AzərTAc-a bildirib.

Xalq artisti deyib: "Mənim Azərbaycanım” mahnısı Müslüm Maqomayevin "Mavi əbədiyyət” mahnısının əsasında yazılıb. Bəstəkar Maksim Fadeyev ilə məsləhətləşəndən sonra istədik ki, bu mahnıda Müslüm Maqomayevin dəstxəti hiss olunsun. Bunu incə tərzdə etməyə çalışdıq. Klip Bakıda çəkilib.

Qeyd edək ki, "Mənim Azərbaycanım” mahnısına çəkilmiş klip son bir neçə ayda Emin Ağalarovun Azərbaycana həsr edilmiş ikinci klipidir. Müğənni bu mövzuda birinci - Brendon Stounun "Azərbaycan” mahnısına çəkdirdiyi klipi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi günündə təqdim edib.

"Bu klip Azərbaycana həsr edilmiş layihənin bir hissəsidirmi?” sualının cavabında Emin deyib: "Bu, silsilə deyil. İş elə gətirdi ki, Brendon Stounun yazdığı bir mahnı mənim çox xoşuma gəldi. İkinci mahnını isə Maksim Fadeyev yazıb. Mən elə hesab etmirəm ki, Azərbaycana həsr edilmiş mahnıların sayı barədə hər hansı məhdudiyyət ola bilər. Azərbaycan haqqında mahnıların sayı çox ola bilməz”.