Maqazin 17:49 08.10.2017

Emin Bakıda solo-konsert proqramı ilə çıxış edəcək

Azərbaycanlı müğənni və bəstəkar EMİN dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

"Qaynarinfo" oxu.az-a istinadən xəbər verir ki, saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.

Qeyd edək ki, ifaçı konsertlərini ənənəvi olaraq ilin sonunda keçirir. Belə ki, Bakıdakı konsertdən əlavə, onun dekabrın 11-də Moskvada "Crocus City Hall"da, dekabrın 15-də isə Sankt-Peterburqda "Oktyabrskiy" böyük konsert zalında konserti planlaşdırılıb.

Müğənni sosial şəbəkə səhifəsində məlumat verir ki, tamaşaçıları çoxlu yeniliklər gözləyir.

Qaynarinfo.Az